Dünya
Şok: İnsanı sobada balıq əti ilə birlikdə bişirdilər
ABŞ-ın Los-Anceles şəhərinin prokuroru “Bumble Bee Foods” şirkətinə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı ittiham təqdim edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ittiham şirkətə məxsus zavodlardan birinin işçisinin 2012-ci ildə bir neçə ton balıqla birlikdə sobada bişirilməsi ilə bağlıdır.
KİV hadisə barəsində yalnız indi xəbər tutub. Məlumata görə, zavodun işçisi Joze Melena 11 oktyabr 2012-ci ildə 11 metr dərinliyi olan sobada texniki xidməti yerinə yetirirdi. Bu zaman zavodun digər bir işçisi Melenanın başqa yerdə olduğunu güman edərək təxminən 5,5 ton balığı sobaya yükləyib və sobanı işə salıb.
Bir müddət sonra işçinin yoxa çıxdığı məlum olub. Melenanı zavodda və avtodayanacaqda axtarmağa başlayıblar. Onun bişmiş bədənini isə yalnız iki saat sonra tapmaq mümkün olub. Həmin vaxt isə sobada temperatur 132 dərəcəyə çatıb.
Prokurorun ittihamında göstərilib ki, “Bumble Bee Foods” şirkəti təhlükəsizlik qaydaları şüurlu olaraq pozub. Əgər şirkətin əməkdaşlarının günahı sübuta yetirilərsə, zavodun istehsal üzrə direktoru Anxel Rodriges və təhlükəsizlik qaydalarına riayət üzrə cavabdeh şəxs Saul Florez üç il azadlıqdan məhrum ediləcək. Bundan başqa onların hər birini 250 min, şirkəti isə 1,5 milyon dollar cərimə gözləyir.
Şirkət nümayəndələri isə prokurorun ittihamları ilə razı deyil.
Ömər Dağlı
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq