İrandan Ərəbistana gözdağı
Bizi izləyin

Dünya

İrandan Ərəbistana gözdağı

“Səudiyyə Ərəbistanı tərəfindən İran təyyarəsinin Yəmənə girişi qadağan olunduqdan sonra humanitar yardım Oman vasitəsilə Sanaya çatdırılıb".

Axar.az xəbər verir ki, bu barədə İranın Qızılay təşkilatının rəhbəri Əli Əsgər Əhmədli açıqlama verib. O, qida, dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardımların tezliklə quru yolu vasitəsilə də Yəmənə göndəriləcəyini bildirib.

Qeyd edək ki, aprelin 28-də Səudiyyə Ərəbistanının qırıcıları İranın humanitar yardım daşıyan təyyarəsinin Yəmənə enməsinin qarşısını almaq üçün Səna hava limanını bombalamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm