Dünya
Türkiyə Prezidenti və XİN rəhbəri Krımdakı vəziyyəti müzakirə ediblər
Türkiyə Prezidenti Abdullah Gül və ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Krımdakı vəziyyəti müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər yayıb.
Gül və Davudoğlu arasında görüş qapalı keçib.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada Krım Tatarları Assosiasiyasının nümayəndələri ilə görüşüb.
"İlk olaraq biz ulu babalarımızdan əmanət qalan Krıma köməyə tələsdik", - deyən Əhmədoğlu Ukraynanın birliyinin və bütövlüyünün, eləcə də bu ölkənin vətəndaşlarının hüquq bərabərliyinin qorunmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan Krımda baş verən hadisələrlə bağlı zəruri tədbirlər görülməsi üçün göstəriş verib. Bundan əlavə XİN rəhbəri bildirib ki, nazirlikdə üç saatdan artıq davam edən təcili iclas zamanı məsələnin bütün detalları müzakirə olunub.
Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min adam toplaşaraq mitinq keçirib. Krımda etiraz aksiyasının güclənməsindən sonra Federasiya Şurası Ukrayna ərazisində "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək" RF Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib.
Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik" sammitinə hazırlığı dayandırıblar.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO