Dünya
Rusiyalı milyarder kosmosa uçmaq istəyir
Beynəlxalq Kosmik Stansiyaya uçmaqdan imtina edən məşhur ingilis müğənnisi Sara Braytmanı rusiyalı milyarder əvəz edə bilər.
Publika.az “İsvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya milyarderi, “Avrosement qrup” şirkətinin rəhbəri Filaret Qalçev kosmik turist olmaq istəyir.
Milyarderə yaxın mənbə nəşrə bildirib ki, ingilis müğənnisinin Beynəlxalq Kosmik Stansiyaya uçmağa imtina etməsindən sonra Qalçev onun əvəzləmək istədiyini ifadə edib. “Qalçev prinsipial olaraq belə bir səyahətə 50 milyon dollar xərcləməyə hazırdır. Biznesmen artıq lazımı tibbi testlərdən keçir”, - mənbə qeyd edib.
“Roskosmos”un rəsmi nümayəndəsi İqor Burenkov da “İzvestiya”ya açıqlamasında təsdiqləyib ki, Qalçev onun Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi imkanına baxılması xahişi ilə Federal Kosmik Agentliyinə müraciət edib. Rusiyalı milyarderin müraciətinə müsbət cavab verilərsə, o, kosmosa uçan ilk rusiyalı turist olacaq.
Qeyd edək ki, Filaret Qalçev 2015-ci ildə “Forbes”in versiyasına görə, 200 ən zəngin rusiyalı biznesmenin reytinqdə 23-cü yeri tutub. Onun sərvəti 4,4 milyard dollar qiymətləndirilir.
Sara Braytman 2015-ci ilin payızında kosmosa uçmalı idi. Onun Rusiyanın “Soyuz TMA-18M” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçacağı və 10 gün orbitdə qalacağı gözlənilirdi. Mayın 14-də müğənninin mətbuat katibi Kris Qudmen bildirib ki, Braytman baş tutmayan uçuş üçün verdiyi pulu geri istəmək niyyətindədir. O, həmçinin dəqiqləşdirib ki, müğənni 52 milyon dollar xərcləyib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu