Dünya
Putin Ukraynanın Rusiyaya olan borcunu açıqladı
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya olan ticarət borcunu 25 milyard dollar qiymətləndirib.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Putin Rusiya banklarının Ukraynadan olan müştərilərinə 25 milyard dollar kredir verdiyini bildirib.
Hökumət üzvləri ilə keçirdiyi müşavirədə çıxış edən Rusiya prezidenti qeyd edib ki, Ukrayna Ali Radasında xarici borclar üzrə ödənişlərə moratorium (hər hansı fövqəladə vəziyyət - müharibə, maliyyə böhranı və təbii fəlakətlə əlaqədar olaraq hökumətin göstərişi ilə xarici borcların ödənilməsinin təxirə salınması) haqqında qanunun qəbulu ilə Ukrayna tərəfi faktiki olaraq xarici borcların ödənilməyəcəyini elan edib. Putinin sözlərinə görə, borcları ödəməkdən imtina etməklə Ukrayna öz kreditorlarını şantaj edir. Putin həmçinin deyib ki, Rusiya Ukraynadan 3 milyard borcun vaxtından əvvəl ödənilməsini tələb edə bilər.
Putin baş nazir Dmitri Medvedevə Ukraynanın Rusiyaya olan borcu ilə bağlı vəziyyətə nəzarət etməyə tapşırıb.
Qeyd edək ki, Ukrayna Ali Radası mayın 19-da qəbul etdiyi qanunla hökumətə bəzi kreditlər üzrə ödəmələrə moratorium elan etmək hüququ verib. Qanun 1 iyul 2016-cı ilə qədər qüvvədə olacaq.
2015-ci ilin mart ayına olan məlumata görə, Ukraynanın xarici dövlət borcu 8,3 faiz və ya 2,4 milyard dollar artıb. Dövlət borcunun ümumi məbləği 32,8 milyard dollara çatıb. Ukrayna Milli Bankının proqnozuna görə, Ukraynanın xarici dövlət borcu ilin sonunda ümumi daxili məhsulun 93 faizini təşkil edəcək.
Ömər Dağlı
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq