Dünya
Separatçılar “Novorossiya” layihəsini dondurdular
“Donetsk Xalq Respublikası” separatçı qurumun “Xalq Şurası”nın sədr müavini Denis Puşilin “Novorossiya Respublikası”nın yaradılması üzrə layihənin dondurulması haqqında xəbərlərin yalan olduğunu bildirib.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Puşulin bununla da “Novorossiya” hərəkatının sədri Oleq Çarevin bəyanatını təkzib edib.
Denis Puşilinin sözlərinə görə, “Novorossiya”nı yaratmaq ölkənin federasiya halına salınması üzrə düzəlişlərin Ukraynanın Konstitusiyasına daxil edilməsindən sonra mümkün olacaq. Onun sözlərinə görə, bu düzəlişlər Minsk razılaşmalarında da nəzərdə tutulub.
“Novorossiya” hərəkatının sədri bildirib ki, layihənin dondurulması Minks razılaşmaları ilə uyğunsuzluqla izah olunur. “Novorossiya” layihəsi barışıq şərtləri Kiyev tərəfindən pozulacağı və hərbi əməliyyatlar yenidən başlayacağı halda yenidən oyana bilər. Əgər Ukrayna dağılarsa, biz ehtiyacı olanların hamısına kömək əlimizi mütləq uzadacağıq”, - Oleq Çarev “LifeNews” kanalının əməkdaşına deyib.
“Novorossiya” termini Maydan hadisələrindən sonra Ukraynanın cənubi-şərqində başlayan etiraz aksiyaları fonunda ortaya çıxıb. İlkin fikirlərə əsasən, “Novorossiya”ya Donetsk, Luqansk, Zaporojye, Nikolayev, Dneprepetrovsk, Odessa, Herson və Xarkov vilayətləri daxil olmalı idi. Layihə isə 2014-cü ilin martında ilhaq olunan Krım, həmçinin Moldovadan qoparılan Dnestryanı ərazi ilə Rusiya arasında birbaşa quru əlaqəsi təmin olunurdu. Bununla da Ukrayna dənizə çıxışdan məhrum edilirdi. Amma hazırda “Novorossiya” layihəsi dağıdılmış Luqansk və Donetsk vilayətlərinin yalnız bir hissəsinə qədər geriləyib.
Ömər Dağlı
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?