4 milyon dövlət qulluqçusunun məlumatları ələ keçirildi
Bizi izləyin

Dünya

4 milyon dövlət qulluqçusunun məlumatları ələ keçirildi

Hakerlər indiki və keçmiş 4 milyon amerikalı federal qulluqçunun gizli məlumatlarına giriş əldə edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) bildirib.

Agentlikdəki mənbənin sözlərinə görə, hakerlər əməliyyatı xaricdən həyata keçiriblər. Güman edilir ki, kompüter sistemlərinə naməlum şəxslərin girişi mayın əvvəlində oldu.

“Reuters” anonim mənbələrə istinadən xəbər verir ki, haker hücumu Çindən həyata keçirilə bilər. Qarşı tərəf isə ittihamlar rədd edib. “Belə tələsik nəticələr çıxarmaq və hipotetik ittihamlar məsuliyyətsizlikdir”, - Çinin ABŞ-dakı səfirliyindən bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm