Dünya
Obama Türkiyəni ittiham etdi: “İŞİD-in gücünə güc qatır”
İŞİD terror təşkilatına qarşı mübarizədən danışan ABŞ prezidenti Barak Obama Türkiyənitənqid edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Obama minlərlə xarici döyüşçünün Türkiyə sərhədindən əvvəl Suriyaya, daha sonra isə İraqa keçərək İŞİD-ingücünə güc qatdığını bildirib.
Suriya və İraqa keçən döyüşçülərin hamısının qarşısını almağın mümkün olmadığını deyən ABŞ prezidenti daha yaxşı əməkdaşlıq vəkoordinasiya təqdirində bu sahədə ciddi uğur əldə oluna biləcəyini qeyd edib.
“Əgər Türkiyə-Suriya sərhədində nələrin olduğunu daha yaxşı şəkildə izləyə bilsək,sərhədi keçənlərin böyük qisminin qarşısı alına bilər. Türkiyə də bunu bir problem olaraq görür. Lakin bunun üçün lazım olan bütün imkanlarını artırmadılar. Bu bizim daha çox zaman zərf etməli olduğumuz bir sahədir. Əgər xarici döyüşçülərin axınını azalda bilsək, İraqda İŞİD-lə mübarizə daha asan olar”, - Obama vurğulayıb.
Ömər Dağlı
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı