Dünya
Türkiyədə bu layihələrin icrası dayandırılacaq
Türkiyədə parlament seçkilərindən əvvəl icra olunan üçüncü körpü, hava limanı, yerli avtomobil, təyyarə, raket, tank və pilotsuz uçuş aparatları kimi layihələri dayandırılacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Burhan Kuzu deyib.
Burhan Kuzu Türkiyənin 13 il əvvələ geri döndüyünü söyləyib.
“AKP on üç ildə bu ölkədə təhsil, səhiyyə və nəqliyyat sahəsində önəmli islahatlar həyata keçirdi. Türkiyə öz avtomobilini, təyyarəsini, raketini, tankını, tüfəngini, vertolyotunu və pilotsuz uçuş aparatını hazırlayacaq bir ölkə olmuşdu. Bütün Cümhuriyyət tarixi ilə müqayisə etsək, on üç illik xidmətlərin ən az dörd-beş dəfə daha çox olduğunu görürük. Göstərilən xidmətlərə səs verilsəydi, AKP daha yüksək səs faizi ilə yoluna davam edərdi. Deməli xidmətlərə deyil, bir sıra oyunlara səs verildi”, - AKP-li bildirib.
Onun sözlərinə görə, vətənə və millətə zərər verməyi düşünən bütün qruplar HDP-yə səs veriblər: “HDP-nin həqiqi səsi 6-7 faizdir. Qalanı isə “əmanət” səslərdir. Rəcəb Tayyib Ərdoğana şəxsən kini olanlar HDP-yə səs verdilər”.
Ömər Dağlı
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO