Dünya
0,4 hektarlıq krallıqlar, heç kimin tanımadığı “ölkə”lər – FOTOLAR
“Ayağını yorğanına görə uzat” məsəli deyəsən ancaq bizlərçün müdrik həyat məsəlidır. Xaricilər ayaqlarını nəinki yorğana görə uzadırlar, hətta yorğandan da kənara çıxarırlar. Buna görə də çox vaxt ayaqları çöldə qalır. Məsələ burasındadır ki, beynəlxalq təşkilatlar mikro dövlətlərin iddiaları ilə bağlı yeni problemləri müzakirə etməli olacaqlar. Söhbət dünyanın ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda ortaya çıxmış cırtdan “ölkə”lərdən gedir.
Onlardan bəziləri İkinci Dünya Müharibəsindən sonra yaranmış əlverişli şəraitdən istifadə etməklə, bəziləri isə isə beynəlxalq konvensiyaları və hüquq normalarını əldə əsas tutaraq, muxtariyyət və ya tanınma tələbləri ilə gündəmə gəliblər. Dünyada demək olar, heç bir dövlətin tanımadığı, elə bizim özümüzün də adını ilk dəfə eşitdiyimiz “kraqllıq”ların başçıları iddia edirlər ki, rəhbəri olduqları “cümhuriyyətlər” beynəlxalq subyektin hüququ kimi tanınmalıdır.
Publika.az tanınmayan, adını ilk dəfə eşitdiyimiz mikro dövlətlərin adını və onlarla bağlı maraqlı məlumatları təqdim edir:
Öncə qeyd edək ki, dünyanın müxtəlif yerlərində boş qalmış torpaqlarda, sahibsiz ərazilərdə ayrı-ayrı şəxslər tərəfindən qurulan cırtdan dövlətlərin bəzilərinin öz bayraqlarının, marşlarının, hətta pullarının da olması onların tanınma iddialarının boy atacağını düşünməyə əsas verir. Üstəlik, dünyada belə dövlətlərin sayının 400-dən artıq olması söylənilənlərin fakt olduğunu göstərir.
Hutt River “Krallığı” – Əsası 1970-ci ildə Leonard Kasley adlı şəxs tərəfindən qoyulub. O, 75 kvadrat kilometrlik torpağı Avstraliyadan ayıraraq mikro dövlətin əsasını qoyduğunu bəyan edib. Avstraliyanın qərbində, Perth şəhərindən 545 kilometr şimalda yerləşən torpaqları satın alan Leonard Casley Northampton və onun xidmətçiləri əsasən qoyunçuluqla məşğul olurlar.
Konch “Cümhuriyyət”i Floridada yerləşir. Bu “dövlət” ABŞ Federal Hökumətinin bir sıra qərarlarına etiraz əlaməti olaraq 1982-ci ildə yaradılıb. Bu arada diqqətinizi bir maraqlı məqama cəlb etmək istərdik: - bu “dövlət”in İsveç, Rusiya, Fransa, İspaniya, İrlandiya, Almaniya, İsveçrə və Kubada təmsilçilikləri var. “Ölkə” əsas gəlirlərini tirizmdən əldə edir. Hətta hədiyyə olaraq pasportlar da verir.
Müstəqil “Şəhər” Kristaniya - bəziləri sətiraltı məna ilə bu “şəhər-dövlət”i “Xristianiya” (bəlkə də əhalisinin xristianlardan ibarət olması səbəbindən-müəl.) da adlandırırlar. Danimarkanın paytaxtı Kopenhagenin kiçik bir ərazisində yerləşən “ölkə”nin 900 sakini var. 34 hektarlıq əraziyə malik olan Kristianiya hələlik xüsusi statusla kifayətlənir, açıq iddialarla çıxış etmir.
Seborga “Krallığı” İtaliyanın Fransa sərhədlərinə yaxın ərazilərində yerləşir. Yeri gəlmişkən, bu “krallıq” yazıda təqdim etdiyimiz mikro dövlətlər arasında tarixən ən uzunömürlüsüdür. Belə ki, “krallığ”ın əsası eramızın 954-cü ilində qoyulub. Tarix boyu rəsmi anlamda İtaliyanın (təbii ki, bu ölkə birləşdirildikdən sonra da-müəl.) əsla bir parçası olmadığını iddia edən “dövlət”in rəsmiləri 1963-cü ildən müstəqillik iddialarını dilə gətirməyə başlayıblar. Son məlumatlara görə, “krallığın” 320 vətəndaşı var.
Saugeais “Cümhuriyyəti” 1947-ci ildə Fransa-İsveçrə sərhədində qurulanda çoxları ağıllarına gətirməzdi ki, yağışdan sonra çıxan göbələk kimi bu “ölkə” də tanınma iddialarını ortaya qoyacaq. 11 qəsəbədən ibarət olan, vətəndaşlarına şəxsiyyət vəsiqələri verən, öz pulunu tədavülə buraxan Saugeais “Cümhuriyyəti” həm də minlərlə turist axını ilə seçilən turizm məkanıdır.
Molosya (İspanca kiçik qayalıq təpə deməkdir) Cümhuriyyəti yazımızda adlarını çəkdiyimiz “dövlət”lər arasında ən qeyri-ciddi qəbul edilənlərdəndir. Ən azı ona görə ki, bu “dövlət”in əsasını 1977-ci ildə Kevin Baugh adlı 15 yaşlı yeniyetmə qoyub. Onun yarızarafat-yarıciddi əsasını qoyduğu “dövlət”1998-ci ildə konkret ərazilərə malik olduğunu bəyan edib. ABŞ-ın Nevada ştatının Dayton qəsəbəsində Kevin adlı “diktator” tərəfindən qurulan, 0,4 hektarlıq əraziyə malik “ölkə”nin sahibinin xüsusi “Hökumət Evi” də mövcuddur.
Əsası Danimarkada, 1944-cü ildə qurulmuş Elleore “Krallığı” obrazlı desək, ildə bir dəfə peydah olur. “Krallığ”ın sakinləri ildə bir dəfə toplanaraq “istiqlal” bayramlarını keçirirlər. Elleore “Krallığı”nın “xalq”ı milli musiqisinə, spesifik rəqslərə və "Cracket" adlanan milli idman növünə malikdir. Maraqlıdır, bu “ölkə”də "Robinzon Kruzo” romanı qadağandır. “Krallığ”ın tarixi Danimarkadakı orta məktəblərində tədris edilir və mikro dövlətin vətəndaşları milli kimlikləri ilə qürur duyduqlarını deyirlər.
“La Boirie Konsulluğu”nun əsası 9 il bundan əvvəl Fransada Filip, Sebastyan və Paskal tərəfindən qoyulub. Bu şəxslər 7 hektarlıq ərazidə “müstəqil” dövlətlərini qurduqlarını bəyan ediblər.
30 il bundan əvvəl Avstraliyanın Sidney şəhərində yeni “dövlət” yaratmaq qərarına gələn Georgi Kruikşank nəhayət “Atlantium İmperatorluğu”nu qurduğunu bəyan edib. “Atam mənə deyirdi ki, dünyanın gedişatını bəyənməsən, öz yolunla get” - deyən “Kral” Georgi əvvəllər hətta siyasi partiya da qurmaq niyyətində olub. Avstraliya dövləti rəhbərliyinin müstəqil subyekt kimi tanımadığı “krallığ”ın 1200-dən çox (2008-ci ilin məlumatına görə-müəl.) sakini var.
“Kalsaxara “Krallığı”nın əsası Cənubi Kaliforniyada 15 yaşlı Travis McHenri tərəfindən qoyulub. 15 kvadrat kilometrlik sahəyə malik “dövlət”in adı Kaliforniya-Saxara ərazilərinin adlarından götürülüb. “Ölkə”nin rəhbəri Travis McHenrinin şəxsi möhürü və pul vahidi var.
İngiltərə ordusunun keçmiş zabiti Roy Bates tərəfindən, 1967-ci ildə neft platformasının işğalı nəticəsində qurulmuş “Sealand” barəsində Vikipediyada ətraflı məlumat olduğundan, bu “dövlət”in üzərində ətraflı dayanmaq istəmirik. Qısaca onu qeyd etmək yerinə düşür ki, bir neçə il əvvəl İngilis Kral Donanması Royu adadan çıxartmağa çalışıb, ancaq platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan əsgərlərin adaya girməsi mümkün olmayıb. Məhkəmə hadisənin İngiltərə sərhədlərindən xaricdə olması səbəbindən Royu həbsdən azad edib. 1974-cü ildə Bates işi konstitusiya qəbul etməyə qədər apardı və ardından müstəqillik əlaməti olaraq bayraq, milli marş və Sealand dollarını qəbul edib. Bates özünə Sealand şahzadəsi adını da verdi. 550 kvadrat metrlik əraziyə sahib Sealand “Krallığı” tanınmayan “dövlət”dir.
Sonda qeyd edək ki, indi xarabalıqları olan, bir vaxtlar təcavüzə məruz qalmış dövlətlər də var. Rosi Adası “Cümhuriyyəti”ni 1968-ci ildə italyan mühəndis Giorgi Rosinin Adriatik dənizindəki 400 metrlik platforma üzərində yaradıb. Maraqlıdır ki, mikro dövlətin əsası italyan tərəfindən qoyulsa da, ölkənin rəsmi dili esperanto – beynəlxalq süni dildir. Qısa müddət müstəqil olan dövlət bir qədər sonra italyan donanması tərəfindən işğal edilib və havaya uçurulub.
Anar Tağıyev
-
Kriminal22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin120:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı