Dünya
Bir-birinin ardınca görüş, 130 səhifəlik hesabat: İsraildə Türkiyə qorxusu

İsraildəki “Nagel” Komitəsinin hökumətə “Türkiyə ilə birbaşa münaqişə ehtimalına hazır olmaq lazımdır” xəbərdarlığından sonra müdafiə naziri İsrael Katz Türkiyə ilə bağlı “xüsusi təhlükəsizlik toplantısı” keçirib.
Publika.az xəbər verir ki, “Jerusalem Post” qəzeti İsrailin Türkiyənin bölgədə təsirinin artması ehtimalından qorxduğunu yazıb.
İclasda Xarici İşlər Naziri Gideon Saar, Baş Qərargah rəisi Herzi Halevi, Xarici İşlər Nazirliyi və müdafiə təşkilatının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Görüş Türkiyənin Yaxın Şərqdə təsirinin artdığı bir vaxtda İsrailə qarşı təhdid səviyyəsində dəyişiklik olub-olmadığını təhlil etmək üçün təşkil edilib. Qəzetə danışan İsrail rəsmiləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın təsirinin azalması ilə Suriyada İsrail üçün təhlükəyə çevrilə biləcək bir Türkiyə oxunun ortaya çıxmasından narahat olduqlarını bildiriblər.
130 səhifəlik hesabatda Türkiyənin adı 10 dəfədən çox çəkilib, yalnız 20 səhifəsi ictimaiyyətə açıqlanıb. İsrailin baş naziri Netanyahunun yaxın günlərdə Türkiyə ilə bağlı görüş keçirməsinin gözlənildiyi bildirilib.
Aysel Şahmar
-
Region05:15
Türkiyədə silaha əl atıldı: ölən və yaralananlar var
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO
-
Magazin218 Oktyabr 22:36
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO