Birləşmiş Ərəb Əmirliyi Ayı yerə "endirdi" - FOTO
Bizi izləyin

Dünya

Birləşmiş Ərəb Əmirliyi Ayı yerə "endirdi" - FOTO

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Yeni ay” qurğusunun tikintisi planlaşdırılır.

Publika.az xəbər verir ki, aypara formasında olacaq qurğu Şərq ölkələrinin enerji və güc simvolu ilə yanaşı, BƏƏ-nin bugünkü çiçəklənməsindən xəbər verəcək.

Binanın daxilindəki beş müxtəlif səviyyəli meydançalar islam dininin namaz, oruc, həcc ziyarəti, zəkat və kəlmeyi şəhadət kimi 5 vacib əməlini simvolizə edəcək. Konstruksiyada konfrans zalı, kafe, uşaq kitabxanası və sorğu stolu yerləşəcək.

Binanın ərəb əlifbası ilə yazılmış fasad hissəsi polad karkasdan ibarət olacaq. Memarların fikrincə,

bu “Yeni ay”ın bütün meydançalarının işıqlandırılması və hava temperaturunun tənzimlənməsinə imkan verəcək.

Layihə bütünlüklə ekoloji standartlara uyğundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm