Dünya
Nüvə danışıqlarının yekun raundu başlayır
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iyunun 30-a qədər Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq razılığın əldə edilməsindən öncə bazar ertəsi Avropa İttifaqına daxil olan bir neçə ölkədən həmkarları ilə görüşəcək. İranın nüvə proqramına dair danışıqların yekun raundu gələn həftə başlayacaq.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avropa İttifaqının adının açıqlanmadığı mənbəsi deyib ki, Zərif Britaniya, Almaniya və Fransanın xarici işlər naziri Filip Hammond, Loren Fabius və Frank-Valter Ştaynmayerlə görüşlər keçirəcək.
Danışıqlar Avropa İttifaqı xarici işlər nazirliyinin iştirakı ilə keçiriləcək tam tərkibli iclas çərçivəsində aparılacaq. İclasda Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması və Aralıq dənizində insan alveri ilə məşğul olan şəxslərlə əlaqədar hərbi dəniz qüvvələrinin əməliyyatlara başlaması məsələləri müzakirə ediləcək.
İranla Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya arasında çərçivə razılığı aprelin 2-də əldə edilmişdi. Tərəflər İranın nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan yekun razılığının əldə olunmasına çalışır.
Fransanın yüksək səviyyəli bir diplomatının bildirdiyinə görə, dünya qüdrətləri danışıqların uzadılması deyil, iyunun 30-u son möhlətə qədər razılığın əldə edilməsini qarşıya məqsəd qoyub.
Bu arada, İran partlamenti mübahisəli nüvə proqramına dair dünya qüdrətləri ilə razılığın bir hissəsi olaraq hərbi obyektlər və sənədlərlə tanış olmaq, eləcə də alimlərlə müsahibələr keçirilməsinə qadağa qoyulmasına səs verib.
ABŞ Dövlət Departamenti təftişin yekun razılığının bir hissəsi olduğunu bəyan edib.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı










.webp)




.jpg)





.jpg)












