Sosial
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi yerli fermerlərin məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığa başlayıb.
Meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə edən əməkdaşlıq yerli məhsulların daha geniş müştəri kütləsinə çatdırılmasına xidmət edir.
Əməkdaşlıq çərçivəsində ilk olaraq Masallı rayonunda fəaliyyət göstərən fermerlərdən tədarük edilən yerli kartof “Araz” mağazalarında satışa təqdim olunub.
Məhsulların tədarükü “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilib. Bu əməkdaşlıq müştərilərə keyfiyyətli və təhlükəsiz yerli məhsullar təqdim etməklə yanaşı, yerli istehsalçıların satış imkanlarının genişlənməsinə, onların yetişdirdiyi məhsulların pərakəndə satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunmasına şərait yaradır.
“Araz” supermarketlər şəbəkəsi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığı davam etdirərək yerli fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsinə və yerli istehsalın dəstəklənməsinə töhfə verməyi hədəfləyir.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi

























.jpg)









