Dünya
Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub
Bako Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub.
Qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” Bako Saaakyanın Londonda yerləşən “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır.
Trend-in məlumatına görə, Lord Kilkluni Avropa Azərbaycan
Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin
tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona
yaxın məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının
üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox
önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin
salanlar. “DQR” rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət
tərəfindən tanınmır. “Chatham House” un onu bu cür dəvət etməsi öz
statusuna xələl gətirir və onun layiq olmadığı legitimlik
səviyyəsini qazandırır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb”.
Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri B.Saakyanın “Chatham House” İnstitutunda nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir: "Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. O, Böyük Britaniyada istənilmir və mən “Chatham House” dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu