Ekologiya
Bu rayonlar çirklənməyə məruz qalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağının ekoloji vəziyyətini açıqlayıb.
Publika.az xəbər verir ki, məlumatda Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar Qudyalçaydır. Rayon ərazisində çayın çirklənməsinin əsas səbəbləri Bioloji Təmizləyici Qurğunun (BTQ) istismara yararsız vəziyyətdə olması və nəticədə Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulması, çayın sahil xətti boyunca yerləşən yaşayış məntəqələrində və Xaçmaz şəhərində formalaşan tullantı suların təmizlənmədən sözügedən təbii axara axıdılmasıdır. Xaçmaz rayonunda formalaşan bərk və məişət tullantılarının idarə edilməsi qeyri-qənaətbəxşdir. Analoji hal rayonun istirahət sahələrini əhatə edən Nabran və Müqtədir ərazilərində də qeydə alınıb.
Şabran rayonu Respublikanın şimal hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir. Rayonda əsas ekoloji problem təmizləyici qurğuların olmaması və formalaşan tullantı suların təbii axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılmasıdır. Monitorinq zamanı məlum olub ki, Dəvəçiçay, Şabrançay və Samur-Abşeron kanalının ətraf ərazilərində salınmış yaşayış sahələrində, eyni zamanda bəzi kiçik müəssisələrdə formalaşan tullantı suları idarə edilmir. Bərk və məişət tullantıları da idarə edilmədiyindən çay və kanalətrafı əraziyə atılaraq yandirılır.
Siyəzən rayonunun ərazisi 700 km2, əhalisinin sayı 40500 nəfərdir. Rayon ərazisindən keçərək Xəzər dənizinə tökülən Ataçay və Gilgilçay çirklənməyə məruz qalan təbii axarlardır. Bu çaylar həmçinin suvarma məqsədləri üçün də yararlıdır. Rayonda yerləşən mal-qara kəsim sexində keçirilən monitorinq zamanı ekoloji pozuntu halı aşkarlanıb. Bunun nəticəsində həmin ərazidə ufunətli iy və antisanitar vəziyyət höküm sürür.
Gülxar
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
























.jpg)










