Ekologiya
Güclü dolu və qasırğa Göyçaya böyük ziyan vurdu
Bu gün saat 16:00 radələrində Göyçay rayonuna güclü dolu düşüb və güclü küləklə müşayiət olunan leysan yağışı yağıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, təqribən 20
dəqiqə davam edən dolu və qasırğa təsərrüfatın ayrı-ayrı sahələrinə
ciddi ziyan vurub.
Dolu meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Güclü külək və
leysan yağışı rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır,
Şəkər, Ləkçiplaq kəndlərinə böyük ziyan vurub. Evlər və sosial
obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib.
Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları,
elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji
təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Rayon
mərkəzi və kənd yaşayış məntəqələrinin elektrik enerjisi ilə
təchizatı dayanıb.
Yerli sakinlər belə güclü dolu və qasırğanın uzun illərdir ki,
Göyçayda müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə
leysan xarakterli güclü yağış yağmağa başlayıb və hazırda davam
edir. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq,
taxıl sahələrinə ziyan dəyib. "Ağaclarda nəinki yetişməmiş
meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yatıb",
deyə kənd sakinləri bildirib.
Dolu və qasırğanın vurduğu ziyanın həcmi hələlik məlum deyil. Meyvə
ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu və külək
nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. Ağacların yarpaqları
və üzərində olan meyvələr tələf olub. Külək istixanaların üzərində
olan sellofon örtükləri cıraraq istixanadakı tərəvəz məhsullarını
yararsız hala salıb. Kənd sakinlərinin sözlərinə görə bu il rayonda
kənd təsərrüfatı sahəsində məhsul çox az olacaq.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO