Azərbaycanın hansı bölgələrində radon qazı təhlükə yaradır?
Bizi izləyin

Ekologiya

Azərbaycanın hansı bölgələrində radon qazı təhlükə yaradır?

Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir.

AMEA Geologiya və Geofizika İnstitutundan (GGİ) Publika.az-a verilən məlumata görə, tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir.

Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edir. Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.

Qeyd edək ki, tədqiqat işləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm