Çaylarda su azalır
Bizi izləyin

Ekologiya

Çaylarda su azalır

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 88 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 14, Salyanda 10, Bankədə 9, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2016-cı il iyunun 29-da 331 sm), Şirvanda 277 sm, Salyanda 207 sm (2016-cı il iyunun 29-da 98 sm), Bankədə 195 sm (2016-cı il iyunun 29-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il iyunun 29-da 46 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm