• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Xəzərin qurumasının Azərbaycan üçün ŞOK FƏSADLARI - Alimlərdən XƏBƏRDARLIQ

  • Ekologiya
  • 30 Avqust 2017 16:30
  • 1 322 Baxış
Xəzərin qurumasının Azərbaycan üçün ŞOK FƏSADLARI - Alimlərdən XƏBƏRDARLIQ

Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq. Bu barədə Amerika, Rusiya və Fransa alimlərinin birgə apardıqları tədqiqatın nəticəsində bildirilib.

Alimlər 1996-cı ildən etibarən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalmasını əsas tutaraq bu qənaətə gəliblər. Onların sözlərinə görə, bu müddət çərçivəsində suyun səviyyəsi 1.4 metr azalıb ki, bu da, 1970-ci illərin sonlarında qeydə alınan göstəricidən 1 metr çoxdur. İstiləşmənin mövcud tempi indiki kimi qalarsa, 75 ildən sonra sözügedən ərazilərdə suyun tamam quruması proqnozlaşdırılır.

Xəzərin Rusiya hissəsində azalma və quruma Azərbaycan hissəsi üçün təhlükə yarada bilərmi?

AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidreometeorologiya şöbəsinin müdiri Zabit Allahverdiyev Publika.az-a Xəzərin səviyyəsinin 1996-cı ildən yox, 2009-cu ildən intensiv düşməyə başladığını deyib:

“1996-2009-cu illər ərzində Xəzərin səviyyəsində enib-qalxmalar olub. Xəzərə aid bir çox proqnozlar verilib, lakin onların heç biri özünü doğrultmayıb. Rusiya, Amerika, Fransa alimlərinin bu proqnozlarını necə əsaslandırdıqlarını deyə bilmərəm. Lakin şimali Xəzərin suyunun azalacağı, hətta tamamilə quruyacağı ilə bağlı hələ bir neçə il əvvəl ehtimallar irəli sürülürdü. Proqnozun özünü nə qədər doğruldacağı barədə konkret fikir demək çətindir. 2009-cu ildən bu vaxta qədər illərdən asılı olaraq Xəzərin səviyyəsində fərqli azalmalar müşahidə edilib. Ümumiyyətlə, son 9 il ərzində səviyyə 16-27 sm arasında azalır. Yay aylarında Xəzərdə suyun səviyyəsinin ən yüksək dövrü olur, dekabr-fevral ayına qədər azalma müşahidə ediləcək. Yalnız həmin dövrdə suyun səviyyəsində ölçmə aparıb konkret fikir deyə bilərik”.

Z.Allahverdiyev Xəzərin Rusiya hissəsindəki azalmanın Azərbaycan hissəsi üçün təhlükəsinə də toxundu:

“Xəzərin səviyyəsinin artıb-azalması iqlimlə bağlıdır. Xəzərin sutoplayıcı ərazisinə yağıntı az düşsə, bu zaman azalma müşahidə edilə bilər. Bu sutoplayıcı hissə heç də az deyil. 3.5 milyon kvadrat/km əraziyə düşən yağıntılar hamısı Xəzərdə toplanır. Yağıntı azalırsa, kənd təsərrüfatında anbarlardan çox istifadə edilir, bunun nəticəsində Xəzərdə enmə müşahidə edilir. 10 il bu cür proses müşahidə edilsə, şimali Xəzər quruyacaq. Həmin alimlərin nəyə əsaslandığını deyə bilmərəm, amma hər şey ola bilər. Lakin mən bu ehtimala inanmıram. Hazırda Xəzərin səviyyəsi -28 metr səviyyəsindədir, bu orta səviyyə hesab edilir. Lakin bundan aşağı və yuxarı hədd təhlükəli hesab edilə bilər. Xəzərdə suyun -28 metrdən aşağı düşməsi neftin çıxarılmasında və nəqlində problemlər yaradacaq. Çünki dənizdəki bütün layihələr -28 metrə uyğun qurulub. Təsəvvür edin azalma baş versə, bu gün suyun içində olan buruq, 10 il sonra quruda olacaq. Həmçinin su azalarsa, gəmilər limanlarda yan ala bilməyəcək. Ələt stansiyası yenidən 5-6 metr qazılaraq yeni kanallar çəkilməlidir. Bir sözlə, Xəzərin suyunun azalması çox ciddi fəsadlar törədə bilər”.

Ekoloq Telman Zeynalov isə Rusiya, Amerika və Fransa alimlərinin bu fikirləri ilə razılaşmadığını deyir:

“1980-1995-ci ilə qədər Xəzər dənizinin səviyyəsi 1.5 metr qalxmışdı. İndi isə 40 santimetr azalıb. Bu o deməkdir ki, həmin alimlərin iddiaları yanlışdır. Xəzər dənizi 2 milyon ildir yaranıb və bu dövrdə dəfələrlə enib-qalxıb. Havanın uzun müddətli proqnozunu vermək mümkün deyilsə, Xəzər dənizi barədə necə 75 illik proqnoz verə bilərlər? Həmin proqnozu hazırlayan alimlər insanları aldadırlar. Bu cür məlumatları yayanlar insanları qorxuya salmağa çalışırlar. Onlar bu məlumatla su qıtlığının yaranacağı iddiasını ortaya atır. Bölgədə atom elektrik stansiyası quraraq, əhalini su ilə təmin edəcəklərini ölkələrin diqqətinə çatdırmağa çalışırlar. Sadəcə həmin alimlər iri koorperasiyaların maraqlarına xidmət edirlər”.

T.Zeynalov 2030-cu ilə qədər suyun səviyyəsinin 1 metr qalxacağını deyir:

“Hava həddən artıq isti keçsə, Xəzərdə suyun səviyyəsi azala bilər. Lakin bu, dənizin quruyacağı anlamına gəlməməlidir. Azərbaycan və Rusiyada xırda çaylar üzərində bəndlər yaradaraq elektrik stansiyaları qurulur. Bu da suyun Xəzər dənizinə çatmasının qarşısını alır. Bundan əlavə, buxarlanma çox getdiyindən suyun səviyyəsi azalır. 5 ildən sonra həmin stansiyalarda anbarlar su ilə dolandan sonra çayların suyu yenidən Xəzərə töküləcək”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>