Nazirlik ağac kəsənin işini prokurorluğa göndərdi
Bizi izləyin

Ekologiya

Nazirlik ağac kəsənin işini prokurorluğa göndərdi

Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10 k ünvanında, 43 saylı yanacaqdoldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacı kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, nəticədə təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçünBinəqədi rayon Prokurorluğuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm