Ekologiya
Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR? - AÇIQLAMA
Son günlər bir sıra Avropa ölkələrində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzilərində isə həyat iflic olub.
Böyük Britaniyada yağan güclü qar bütün nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Əhaliyə məcburiyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Buna səbəb ölkə ərazisində tüğyan edə "Ana" qasırğasıdır.
Bir neçə gündür soyuq hava axını Türkiyədə də müşahidə olunur. Əhaliyə bununla bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Publika.az-a açıqlamasında yaxın günlərdə ölkə ərazisində hava şəraitində mühüm bir dəyişikliyin gözlənilmədiyini deyib:
“Ölkə ərazisində hava şəraiti nisbətən sabit və əsasən yağmursuz keçəcək. Dekabrın 11-i axşam, 12-si səhər və axşam saatlarında Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə şimal-qərb küləyinin güclənməsi müşahidə ediləcək. 13-14-də isə temperatur rejimində dəyişiklik gözlənilmir”.
Bu il qışın necə keçəcəyi ilə bağlı proqnoza gəldikdə, G.Məmmədova bunun dekabrın 15-dən sonra açıqlana biləcəyini dedi.
Gülxar
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN