Ekologiya
Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 18 faiz yuxarıdır
Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından hər 3 saatdan bir məlumat alınır.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf
Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron
yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş
rejiminə keçərək, atmosfer havasında müşahidələr
aparır.
ETSN-dən Publika.az-a verilən məlumata görə,
havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq
stansiyalarından alınan məlumata görə 18 apreldə Bakı və Abşeron
yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10
faiz yuxarı olduğu qeydə alınıb.
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?