Ekologiya
Həftə sonu səyahətə gedənlər üçün HAVA PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq, mayın 26-sı axşama doğru, 27-si gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.
Mayın 27-si axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 26-da 24-29, dağlıq rayonlarda 14-17, mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Lakin mayın 27-də gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Mayın 27-si gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu mayın 26-sı 28-33, mayın 27-də isə 22-27 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu mayın 26-sı 25-30 dərəcə isti təşkil edəcək. Mayın 27-si səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu