İsmayıllıda torpaq sürüşdü
Bizi izləyin

Ekologiya

İsmayıllıda torpaq sürüşdü

Son günlər yağan yağışlar İsmayıllı rayonunda Qoydan kəndində sürüşmə sahəsi aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a açıqlamasında bildirib ki, sürüşmə aktiv fazadadır:

“Lahıc inzibati ərazisinə daxil olan Qoydan kəndində iki ay əvvəl sürüşmə baş vermişdi. Son günlər yağışlı hava şəraiti sürüşməni bir az da aktivləşdirib. Sürüşmə kütləsi 3 evin divarına çatıb. Sürüşmə aktiv fazadadır”.

Ə.Qaralov yaxın zamanda əraziyə təkrar baxış keçiriləcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm