Ekologiya
Dünyanı gözləyən BÖYÜK TƏHLÜKƏ: belə davam edərsə...
Qlobal istiləşmə son illər Yer kürəsi üçün ciddi təhlükəyə çevrilib. Bu istiləşmənin yaratdığı fəsadlar həyatımızda ildən-ilə daha çox hiss edilir. Bəs belə davam edərsə dünyanın xəritəsi necə dəyişə bilər?
Publika.az qlobal istiləşmənin Yer kürəsində yaradacağı fəsadları təqdim edir.
Bütün buzların əriməsi dəniz səviyyəsini orta hesabla 65 metrə qədər artıracaq.
Bu isə dəniz səviyyəsi yaxınlığındakı qurunun suyun altında qalacağına gətirib çıxarır. Belə bir faciəvi ssenari gerçəkləşdiyi halda planetimizdə orta temperatur 14 C-dən 26C-yə yüksələcək.
Qlobal istiləşmə nəticəsində İrlandiya və İngiltərənin sahil bölgələri su altında qalacaq, adalar kiçiləcək.
1880-ci ildə dünyanın iqlim xəritəsində mavi hissələr daha çoxdur. Ancaq hər il sarı ləkələrin sayı daha da artır, hətta qırmızıya çevriləcəyi gözlənilir. Qeyd edək ki, sarı və qırmızı ləkələr istilik göstəricisidir.
Dünya miqyasında 6300-dən çox müşahidə mərkəzləri tərəfindən açıq havada aparılan araşdırmalara əsasən NASA alimləri dünyanın yeni iqlim xətirəsini hazırlayıb. Həmin xəritələrdə sarı ləkələrin sayının ildən-ilə artdığı açıq-aşkar görünür. Yeni araşdırma nəticələrini açıqlayan NASA XIX əsrin axırlarından etibarən 2017-ci ilin ən isti il olduğunu bildirib.
NASA Kosmik araşdırmalar İnstitututunun direktoru Qavin Şmit bildirib ki, bəzi ölkələrdə hava şəraitinin soyuq keçməsinə baxmayaraq, son 40 ildə sürətlə istiləşmə müşahidə edilir.
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib










.jpg)





.jpg)




















