Şaxtalı, küləkli hava - PROQNOZ
Bizi izləyin

Ekologiya

Şaxtalı, küləkli hava - PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-6° isti təşkil edəcək.

Dekabrın 23-dən 25-dək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm