Hansı polietilen torbalardan istifadə qadağan olacaq? - AÇIQLAMA
Bizi izləyin

Ekologiya

Hansı polietilen torbalardan istifadə qadağan olacaq? - AÇIQLAMA

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edlilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Tədbirlər planı plastik qablaşdırma məhsullarının kütləvi istifadəsinin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, tədbirlər Planının hazırlanarkən Azərbaycan Respublikasında sahə üzrə mövcud vəziyyət araşdırılıb, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılmış və ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyən edilib:

“Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir. Tədbir planı əsasında polietilen tullantıların mənfi təsirlərinin azaldılması, tullantıların idarəolunması sisemini təkmilləşdirilməsi, əlavə xammal bazarı formalaşdırılması, alternativ qablaşdırma vasitələrindən istifadəninin genişləndirilməsi, təkrar istehsal sahəsi üçün maraqlı olan sahibkar və investorlar üçün əlverişli imkan yaratması durur".

S.Məmmədova onu da vurğulayıb ki, tədbirlər planı çərçivəsində polietilen torbaların ödənişli olması, bəzilərindən istifadənin qadağan edilməsi nəzərdə tutulur:

“Qalınlığı 20-50 mikron olan polietilen torbaların ödənişli olması, 20 mikrona qədər olan torbalardan istifadənin qadağan olunması nəzərdə tutulur. Torbaların qiyməti isə hələ bəlli deyil, aidiyyəti qurumlar tərəfindən müəyyən ediləcək. Hesab edirəm ki, insanlar artıq bu torbalardan istifadənin məhdudlaşdırılması barədə qanunun tətbiqinə müəyyən qədər hazırdır. Çünki bu istiqamətdə müəyyən müddətdir maarifləndirmə tədbirləri həyata keçirilir. Bununla yanaşı biz kağız, parçadan, həsirdən hazırlanan torbalardan istifadəni də məsləhət görürük. Biz daim istehsalçılarla görüşlər keçiririk, iri market şəbəkələri ilə, eyni zamanda alternativ seçimlər təklif edən müəssiəslərlə əlaqədəyik. Əhalinin bu torbalardan imtina üçün maarifləndirmə tədbirləri keçirəcəyik”.

Şöbə müdirinin sözlərinə görə, polietilen torbaların qiyməti aiddiyəti dövlət qurumları tərəfindən müəyyən ediləcək: “Kağız, parça torba istehsalçılarının stimullaşdırılması üçün tədbirlər görülür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm