Plastik tullantılar probleminin həlli məqsədilə beynəlxalq mexanizm yaradılacaq
Bizi izləyin

Ekologiya

Plastik tullantılar probleminin həlli məqsədilə beynəlxalq mexanizm yaradılacaq

G20 ölkələrinin energetika və ətraf mühit məsələlərinə cavabdeh olan nazirləri dünya okeanının plastik tullantlarla çirklənməsi probleminin həlli məqsədilə beynəlxalq mexanizmin yaradılmasına çağırıblar.

Publika.az xəbər verir ki, bu barədə çağırış nazirlərin Naqano prefekturasının Karuizava şəhərində keçirilən ikigünlük görüşünün yekunu olaraq qəbul edilən birgə bəyanatında öz əksini tapıb.

Bəyanat okeanın və dənizlərin çirklənməsi problemini həll etmək üçün fövqəladə tədbirlərin görülməsinə çağırır. Sənəddə qeyd edilir ki, yaranmış vəziyyət dənizlərin ekosisiteminə və balıqçılığa, eyni zamanda, insanların sağlamlığına böyük zərbə vurur.

Nazirlər plastik tullantıların azaldılması istiqamətində görülən işləri əlaqələndirmək məqsədilə vahid mexanizmin yaradılması barədə təklif irəli sürüblər. Ölkələr bu mexanizm çərçivəsində plastik məhsulların dövriyyəsi və tullantıların yığılması barədə görülən tədbirlər barədə biri-birini məlumatlandıracaqlar.

Energetika məsələsinin də öz əksini tapdığı bəyanatda enerji bazarında sabitliyin təmin edilməsi və enerji mənbələri ilə daimi təminata zəmanət verə biləcək infrastrukturun yaradılması məsələləri də öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm