Finlandiya vəhşi təbiətdə səyahət reytinqində birinci yeri tutdu
Bizi izləyin

Ekologiya

Finlandiya vəhşi təbiətdə səyahət reytinqində birinci yeri tutdu

Finlandiya 2019-cu ildə vəhşi təbiətdə səyahət üçün dünyanın ən yaxşı ölkəsi adını qazanıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat sentyabrın 3-də dərc olunan “Global Wildlife Travel Index” reytinqində əksini tapıb. Finlandiya növlər müxtəlifliyinin bolluğu, gözəl təbiət mənzərəsi və ətraf mühitin qorunması üzrə tədbirlərə görə birinci yeri tutub. Belə ki, ölkədə 39 milli park var, meşələr isə ölkə ərazinin 73 faizini təşkil edir.

İndeks ümumilikdə 107 ölkəni əhatə edib. Reytinqin tərtib olunmasında milli parkların sayı, meşə massivinin həcmi, mühafizə olunan təbiət zonalarının miqdarı, flora və fauna növləri, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji turizm də daxil olmaqla ətraf mühitin mühafizəsi tədbirləri kimi göstəricilər əsas götürülüb.

Siyahıda Finlandiyanın ardınca İsveç və Braziliya qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm