Ekologiya
Xəzər dənizi ilə bağlı ŞOK XƏBƏRDARLIQ: səviyyəsi sürətlə...
1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsi 1 metr 27 sm enib.
Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, Xəzər dənizinin səviyyəsi həmişə tərəddüd edib. Lakin 1995-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. 2009-cu ildən isə enmə daha sürətlə baş verir.
Qeyd edilib ki, 2009-cu ildən dəniz suyunun səviyyəsində il ərzində 16-24 sm enmə müşahidə edilir. Hazırda Xəzərdə suyun səviyyəsinin mənfi 28 metrə yaxındır.
Şöbənin tədqiqatlarının nəticələrinə görə, enmə prosesi hələ davam edir, lakin yay aylarında Xəzərdə suyun səviyyəsi nisbətən yüksək olur. Çünki dağlarda qarların əriməsi və onların şimaldan çaylar vasitəsilə Xəzərə tökülməsi nəticəsində dəniz suyunun səviyyəsi yüksəlir:
“Amma Volqa çayının Xəzərə axını nə qədər azalıb ki, yayda dəniz səviyyəsində nisbətən artım olsa da, yenə də enmə baş verir. Xəzərdə buxarlanma da buna öz təsirini göstərir. Buxarlanma enmə üçün ən əsas faktorlardandır. Çünki dənizə buxarlanmanın yerini tuta biləcək qədər su daxil olmur. Buna görə də səviyyə düşməyə başlayır”.
Xatırladaq ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) səviyyə 2,5 metr artıb, sonrakı illərdə isə yenidən azalma müşahidə olunmağa başlayıb.
Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir. (trend)
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman14 Avqust 19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq


















.jpg)

.jpg)












