Ekologiya
17 dərəcə şaxta oldu, yarım metr qar yağdı - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 sm olub.
Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 mm, digər rayonlarda 5 mm-dən 12 mm-dək, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.
Şimal-şərq küləyi səhər saatlarından başlayaraq 7-12 m/s-dək zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6, aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-11, yüksək dağlıq ərazilərdə 13-17, Naxçıvan MR-da 3-11 dərəcə şaxta olub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO