Bu gün 43 dərəcə isti olacaq
Bizi izləyin

Ekologiya

Bu gün 43 dərəcə isti olacaq

Bu gün 43 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək.

Cənub küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-26 isti, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40, bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm