Ekologiya
Xəbərdarlıq: Maqnit qasırğası başladı
Yer kürəsində hazırda zəif intensivlikli (G1 səviyyəli) maqnit qasırğası müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Məlumata görə, geomaqnit aktivliyi gecə saatlarında zəif dalğalanmalarla başlayıb, bir neçə saat sonra isə maqnit qasırğası səviyyəsinə yüksəlib. Mütəxəssislər bunun əsas səbəbinin Günəşdə yaranmış qeyri-adi formalı tac dəliyi nəticəsində günəş küləyinin sürətinin artması olduğunu bildirirlər.
Qeyd olunur ki, bu hadisə bir gün öncədən proqnozlaşdırılmışdı. Hazırda geomaqnit fəallığın maksimum həddə çatdığı, lakin daha yüksək səviyyəyə yüksəlməsinin gözlənilmədiyi vurğulanır.
Ekspertlər eyni zamanda bildiriblər ki, iyun ayı ümumilikdə geomaqnit baxımdan sakit və sabit keçib, müşahidə olunan aktivlik isə ay ərzində qeydə alınan nadir hadisələrdən biridir.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı


















.jpg)
















.jpg)

