Ekologiya
Bu tarixdə hamı səmaya baxacaq - Nə baş verəcək?
Avqustda Avropanın bəzi bölgələrində tam Günəş tutulması müşahidə olunacaq.
Publika.az xəbər verir ki, 2026-cı il avqustun 12-də baş verəcək astronomik hadisə zamanı Ay Günəşi tam örtəcək. Tam tutulma Qrenlandiya, İslandiya və İspaniyanın müəyyən hissələrindən görünəcək.
Mütəxəssislərin hesablamalarına görə, Ayın kölgəsi Yer üzərində 8 mindən çox kilometr məsafəni əhatə edəcək. Tam tutulmanın müşahidə olunduğu ərazilərdə gündüz qısa müddətə gecəyə bənzər mənzərə ilə əvəzlənəcək. Bu zaman Günəşin xarici atmosferi olan koronanı çılpaq gözlə izləmək mümkün olacaq.
Ən uzun tutulmanın Qrenlandiyanın Skorsbi-Saun bölgəsində qeydə alınacağı və 2 dəqiqə 17 saniyə davam edəcəyi bildirilir. İslandiya və İspaniyanın müxtəlif şəhərləri də hadisəni izləmək üçün ən əlverişli məkanlar sırasında göstərilir.
Astronomların diqqət çəkdiyi digər məqam isə həmin gün Perseid meteor yağışının da maksimum aktivlik mərhələsinə təsadüf etməsidir. Bu səbəbdən səma həvəskarları eyni vaxtda həm tam Günəş tutulmasını, həm də çoxsaylı meteorları müşahidə etmək imkanı əldə edəcəklər.
Mütəxəssislər Günəş tutulmasına baxarkən mütləq xüsusi qoruyucu filtrlərlə təchiz olunan eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Qoruyucu vasitələri yalnız tam tutulma anında çıxarmaq mümkündür. (Globalinfo.az)
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı


















.jpg)
















.jpg)

