Ekologiya
Abşeronda yaşıllaşdırma işləri davam edir - FOTO
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı bəhrəsini verməkdədir. Xüsusilə, həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır.
Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir.
Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.
Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. Bu gün isə qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllıqları da bərpa etməyə başlayb. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa başlanıldı. Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı.
Bundan sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirildi. İndiyə kimi Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox ağac tingləri əkilib. Burada eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli ağaclar əkilib, Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.
Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların tikintisi, hətta yaşıllıqların əhatəsində olan nümunəvi həyətlərin sayının artırılması diqqət mərkəzində saxlanılır. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomagistrallarının rayon ərazisindən keçən hissəsində təşkil edib.
Keçirilən yaşıllaşdırma aksiyasında 150 ədəd Eldar şamı, 300 alyandr, 1500-dən çox mövsümü gül, dekorativ kol və ağaclar əkilib, 1150 kv.m qazon vurulub ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli–Qobu, Novxanı-Binəqədi, Digah-Mehdiabad, Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomobil yollarının Abşeron rayon ərazisindən keçən hissələrində təkcə son 6 ay ərzində 3450 kv.m qazon vurulub, 300 alyandr, 19600 mövsümü güllər, 1100 həmişəyaşıl kol, 750 ərik, 550 badam, 1550 şam ağacı, 300 zeytun, 300 tuya ağacları əkilib. Cari ilin ilk 6 ayı ərzində ümumilikdə rayonun kənd və qəsəbələrində 27 min ağac və gül kolları əkilib.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO

















.jpg)


















