Ekologiya
Hava şəraiti necə olacaq? - RƏSMİ AÇIQLAMA
"Əvvəlcədən xəbər verildiyi kimi soyuq atmosfer cəbhələrinin ölkə ərzisindən keçməsi havanın temperaturunun xeyli enməsi ilə yanaşı, intensiv leysan yağışlarına səbəb olub. Hətta bəzi bölgələrdə cəmi iki gündə yağıntının aylıq norması təmin edilib".
Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, ən çox düşən yağıntının miqdarı Lənkəranda 80 mm (aylıq normanın 136 faizi), Astarada 59 mm (aylıq normanın 117 faizi), Şəkidə 62 mm (aylıq normanın 74 faizi), Zaqatalada 49 mm (aylıq normanın 42 faizi), Qaxda 46 mm (aylıq normanın 55 faizi), Oğuzda 45 mm (aylıq normanın 33 faizi), Balakəndə 42 mm (aylıq normanın 36 faizi), Qəbələdə 33 mm (aylıq normanın 28 faizi), Yardımlıda 29 mm (aylıq normanın 23 faizi) qeydə alınıb:
“Sentyabrın 6-da saat 21:15 radələrində Gədəbəy rayonu ərazisinə diametri 12 mm olan dolu düşüb. Havanın temperaturu iqlim normasından 4.6 dərəcə aşağı olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, oxşar proses son 10 ildə 2016-cı ilin sentyabrın birinci ongünlüyündə qeydə alınıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)



























