Ekologiya
Bu günün hava proqnozu: Rayonlarda 15 dərəcə, Bakıda isə...

Azərbaycanda dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 8-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

-
Hadisə10:24
"Naftalan" istirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırıldı - RƏSMİ
-
Nida Xəbər 10:12
Şuşada Qlobal Media Forumunun ikinci günü başladı
-
Səhiyyə09:24
Pişikləri öpmək seksual aqressiyanı artırır - ARAŞDIRMA
-
Magazin207:47
Çağatayın yeni tərzi gündəm oldu - FOTO
-
Ekologiya07:17
Bu gün yağış yağacaq, şimşək çaxacaq
-
Rəsmi xronika07:00
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
İdman06:46
Modriç “Real”dan ayrılan Vaskesə görün nə yazdı
-
Magazin106:16
"Bəsdirin, özünüzə korluq verməyin" - FOTO