Ekologiya
"El Nino" başladı: Dünyanı bu fəlakətlər gözləyir - FOTO
.jpg?v1695746093)
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) bütün planetə təsir edən "El Nino" hava hadisəsinin başladığını elan edib.
Publika.az xəbər verir ki, rəsmilər bu ilin dünyanın ən isti ili olacağını bildiriblər.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planetə təsir edən hava hadisəsinin önümüzdəki aylarda tədricən təsirini artıracağı bildirilib.
NOAA-dan İqlim Mütəxəssisi Mişel L'Heureux verdiyi açıqlamada "El Nino"-nun gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola və temperatur rekordunun yaşana biləcəyini deyib.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) isə may ayında Sentinel-6 Michael Freilich adlı peykdən alınan məlumata görə, Sakit Okeanın ekvatorial hissəsində "El Nino"nun inkişaf əlamətlərinin olduğunu açıqlamışdı.
"El Nino"nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.
İngilis elm adamları da bildiriblər ki, "El Nino" 2023-cü ilin sonunda ən güclü vəziyyətə gələcək və 2024-cü ildə ən yüksək temperatur rekordu qeydə alınacaq.
ABŞ Milli Meteoroloji Xidməti bildirir ki, "El Nino" hava hadisəsi ekvatorun yaxınlığında Sakit okeanın mərkəzi və şərq hissələrində orta hesabla hər 2-7 ildən bir baş verən orta dəniz səthinin temperaturu ilə özünü göstərən iqlim hadisəsidir.
Aydan

.jpg)


-
ABŞ20:24
ABŞ ordusu üçün ilk hava taksiləri alındı
-
Hadisə19:40
Azərbaycanda polis faciəvi şəkildə HƏLAK OLDU
-
Nida Xəbər 19:23
Qənirə Paşayevaya yeni dərmanlar təyin olundu
-
Magazin118:50
Emin Ağalarov bu xanımla duet oxuyacaq - FOTO
-
Sosial18:30
Qarabağı tərk edən erməninin "dostum" dediyi məşhur azərbaycanlı DANIŞDI
-
Nida Xəbər 17:22
"Erməni sakinlərə ərzaq yardımı davam edəcək" - Hacıyev
-
Hadisə16:50
Bərdədə partlayış oldu - Yaralılar var
-
Qarabağ 16:15
Qarabağı tərk edən erməni məşhur azərbaycanlı həkimin dostu imiş