Ekologiya
Azərbaycanda həftə sonu hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.
-
Avropa09:17Uşaq qidasına siçan zəhərini o qatıbmış - Video
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO



























.png)

.jpg)






