Nida Təhlil
Azərbaycanı Liviya və Suriya ssenarisinə sürükləmək istəyirdilər: Plan ifşa oldu
Son günlər sosial şəbəkələrdə və bəzi beynəlxalq platformalarda yayılan video materiallar Azərbaycana qarşı aparılan genişmiqyaslı informasiya və siyasi təzyiq kampaniyasının pərdəarxasını daha aydın şəkildə ortaya çıxarıb. Söhbət Luis Moreno Okampo ətrafında formalaşan və müxtəlif beynəlxalq platformalar, diaspor şəbəkələri və maliyyə mərkəzləri ilə əlaqələndirilən koordinasiyalı fəaliyyətdən gedir. Kadrlardan kampaniyanın təsadüfi deyil, planlı şəkildə qurulduğu, Avropa institutları, lobbiçilik imkanları və media resursları vasitəsilə Azərbaycana qarşı siyasi təzyiq mexanizmlərinin formalaşdırıldığı görünür.
Maliyyələşmə xətti də diqqət çəkir. Məlumatlara görə, proses əsasən Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən erməni diasporu şəbəkələri tərəfindən gizli şəkildə dəstəklənir. Anonim fondlar və müəyyən oliqarx dairələrinin də bu prosesdə dolayı iştirakı olduğu iddia edilir ki, bu da məsələnin təkcə informasiya müharibəsi deyil, daha geniş koordinasiyalı siyasi layihə olduğunu göstərir.
Eyni zamanda, bu kampaniyanın yalnız Azərbaycana qarşı deyil, Ermənistan daxilində siyasi proseslərə də təsir etməyə yönəldiyi bildirilir. Xüsusilə baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiq elementlərinin mövcudluğu, prosesin region üzrə daha geniş geosiyasi maraqlarla əlaqələndirildiyini göstərir.

Mövzu ilə bağı Publka.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu fəaliyyət uzun müddətdir mövcuddur və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəyə bu tip təsir göstərmək cəhdləri olub.
O qeyd etdi ki, həmin qüvvələr Azərbaycanın daxili siyasətini təsir rıçaqları altına almağa çalışıblar: “Azərbaycanın zəngin təbii sərvətləri, həmçinin əlverişli coğrafi vəziyyəti onları cəlb edirdi. Çox istəyirdilər ki, Azərbaycandakı vəziyyəti indiki Liviyadakı, Yəməndəki, uzunmüddətli olaraq İraqda və Suriyada olan vəziyyətə salsınlar. Bununla təbii sərvətləri ələ keçirmək, eyni zamanda Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək öz çirkin planlarını həyata keçirmək niyyətində idilər”.
Planlar iflasa uğradı
Deputat vurğuladı ki, bu planları bir müddət siyasi yollarla həyata keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər: “Digər istiqamət isə Azərbaycan-Ermənistan qarşıdurmasında onlara sərf edən nəticə əldə etmək idi. Onlar gözləmirdilər ki, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edəcək. Daha sonra isə gözləmirdilər ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri siyasəti yürüdəcək”.
Ermənistanda dəyişən reallıq
A.Mirzəzadə bildirdi ki, bu gün Ermənistanda da vəziyyət müəyyən qədər dəyişib: “Artıq orada Azərbaycanın əhəmiyyətini dərk edən müəyyən qüvvələr var və onlar başa düşürlər ki, qarşıdurma onların dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Amma bu, həmin dairələrə sərf etmir. Çünki bu, Azərbaycanın nüfuzunun qəbul edilməsi, həmçinin qarşıdurmadan siyasi və iqtisadi dividendlər əldə etmək imkanının itirilməsi deməkdir”.
Onun sözlərinə görə, bu səbəbdən müxtəlif variantlardan istifadə olunur: “Erməni diaspor dairələri ilə birlikdə Ermənistan daxilində qarşıdurma yaratmağa, revanşist qüvvələrin hakimiyyətə gəlməsinə çalışırlar. Eyni zamanda gözlənilən sülh müqaviləsini gözdən salmağa və Azərbaycan haqqında beynəlxalq aləmdə şər-böhtan xarakterli materiallar yaymağa cəhd göstərirlər”.
Maraqların toqquşması və ifşa
Deputat qeyd etdi ki, artıq burada müxtəlif maraqlar üst-üstə düşür: “Müəyyən siyasi və radikal qüvvələrin, erməni diaspor dairələrinin və bəzi iqtisadi qrupların maraqları bir nöqtədə birləşir. Həmin videodan da göründüyü kimi, bunlar bunu bir növ siyasi alverə, biznesə çevirməyə çalışırlar”.
A.Mirzəzadə əlavə etdi ki, Azərbaycanın qətiyyəti və dünyada gedən proseslər bu cəhdləri ifşa edir: “Vaxtilə yüksək status qazanmış bir-iki şəxsin əsl niyyəti artıq üzə çıxıb. Görünür ki, onların məqsədi Azərbaycanda demokratiya və insan hüquqları deyil, maddi və strateji maraqlardır”.
Avropa Parlamenti və zəifləyən təsir imkanları
Politoloq vurğuladı ki, Avropa Parlamenti daxilində də Azərbaycan əleyhinə qərarların qəbulunda bu maraqlar özünü göstərir: “O cümlədən bu günlərdə Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsində də onların müəyyən rolu var”.
Deputat sonda qeyd etdi ki, bütün bu cəhdlərə baxmayaraq, təsir imkanları getdikcə zəifləyir: “Azərbaycan artıq öz sözünü deyib, torpaqlarını işğaldan azad edib və bundan sonra imkan verməyəcək ki, ötən əsrin 90-cı illərinə qayıdılsın. Bununla belə, istənilən təxribata və cəhdlərə qarşı hər zaman hazır olmalıyıq”.
Müəllif: Adəm Abbaslı
-
Nəqliyyat12:27Sürücülük vəsiqəmiz bəzi ölkələrdə müddətlidir - Hansı ölkələr tanıyır?
-
Hadisə12:03Bu sənaye müəssisəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Qarabağ 11:30Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...












.jpg)













.jpg)
.png)

.jpg)






