Ekologiya
Temperatur enəcək, qar yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Pubika.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 ° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız








































