Ekologiya
Alimlərdən xəbərdarlıq: “El Nino” bu xəstəlikləri gətirəcək
Böyük Britaniya və ABŞ alimlərinin birgə araşdırması göstərib ki, "El Nino” səbəbiylə temperatur və yağış rejimlərindəki dəyişikliklər göz xəstəliklərinin yoluxuculuğunu artıra bilər.
Publika.az xəbər verir ki, İngiltərənin Kembric Universiteti və ABŞ-ın (ABŞ) Miçiqan və Texas universitetlərinin alimləri iqlim dəyişikliyi və “El Nino” hava hadisəsinin göz sağlamlığına mümkün təsirlərini araşdırıblar.
Tədqiqatda “El Nino” hava hadisəsinin ABŞ-ın cənubunda, Orta Asiya və Cənubi Amerikada həddindən artıq yağıntılara, Mərkəzi Amerika, Cənubi Asiya, İndoneziya və Avstraliyada şiddətli quraqlığa səbəb olduğu bildirilib.
Araşdırmada “El Nino”nun hava şəraiti üzərindəki məlum təsirləri ilə yanaşı, insan sağlamlığına da təsir etdiyi vurğulanıb və bu təsirlərdən birinin də göz sağlamlığı ilə əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar “El Nino” effekti ilə bağlı artan temperaturun bəzi bölgələrdə yağıntıların artmasına səbəb olduğunu, bunun da xəstəlik daşıyıcı ağcaqanadlar üçün əlverişli şərait yaratdığını və yoluxucu xəstəliklərin artdığını qeyd ediblər.
Artan temperaturun gözün tor qişasına mənfi təsir göstərə biləcəyi bildirilən araşdırmada, Tailand və Kanadada aparılan araşdırmalara istinad edilərək, bu ölkələrdə həddindən artıq istilər səbəbi ilə xeyli insanda gözün tor qişasında problemlərin yarandığı bildirilib.
Aysel Şahmar
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi


























.jpg)











