Qəzəbin altında yatan gizli səbəblər - Araşdırma
Bizi izləyin

Ekologiya

Qəzəbin altında yatan gizli səbəblər - Araşdırma

Qəzəb hər bir insanın zaman-zaman yaşadığı təbii bir duyğudur. Çox vaxt qəzəb mənfi emosiya kimi qəbul edilir. Əsəbilik, qəzəb və aqressivlik kimi müxtəlif yollarla özünü göstərə bilər. Ancaq onun arxasında gizlənən səbəblər həmişə asanlıqla başa düşülməyə bilər. Bəs qəzəbin altında yatan gizli səbəblər nə ola bilər?

Publika.az mövzu ilə bağlı tanınmış psixoloq Kaan Üçyıldızın əhəmiyyətli məlumatlarını təqdim edir.

İnciklik və ağrı. Qəzəbin əsası çox vaxt inciklik və ağrıdır. Keçmiş travmatik təcrübələr, ədalətsizlik və ya laqeydlik kimi vəziyyətlər qəzəb üçün əsas ola bilər. Bu duyğular boğulduqda, onlar qəzəbli partlayışlar şəklində özlərini ifadə etməyə meyillidir.

Qorxu və narahatlıq. Qəzəb - qorxu və narahatlıq kimi digər duyğuları maskalamaq üçün də istifadə edilə bilər. Özünü təhlükə altında hiss edən şəxs qəzəbindən qarşı tərəfi qorxutmağa cəhd göstərə bilir.

Özünəinamın azlığı. Özünə inamın olmaması da qəzəbə səbəb olan amillərdəndir. Tənqidlərə qarşı həddindən artıq həssaslıq, səhvlərə dözümsüzlük, daim haqlı olmaq ehtiyacı qəzəblə özünü göstərə bilər.

Yetərsizlik duyğusu. Qəzəb hissi potensialını həyata keçirə bilməyəcəyini düşünən insanlarda daha çoxdur. Bu, ilk növbədə özünü, sonra isə başqalarını günahlandırmağa və qəzəbin yaranmasına səbəb olan amillər kimi xarakterizə oluna bilər.

Fiziki səbəblər. Qeyri-kafi yuxu, aclıq, hormonal dəyişikliklər və bəzi tibbi vəziyyətlər də qəzəb hisslərinə səbəb olan amillərdəndir. Belə hallarda qəzəb əsas problemin əlaməti ola bilər.

Qəzəbin altında yatan səbəbləri anlamaq bu duyğu ilə asan mübarizə aparmaq üçün vacibdir. Bunu yaradan amilləri bilmək qəzəbi idarə etmək üçün ilk addımdır. Qəzəbi idarə etməkdə çətinlik yaranıbsa, o zaman psixoloqa müraciət etmək əhəmiyyətli olar. Unudulmamalıdır ki, qəzəb nəzarət altında saxlanıldıqda və düzgün idarə olunduqda sağlam bir duyğu ola bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm