Ekologiya
Xəzər sahilində 88 ölü suiti tapıldı - FOTO
2025-ci il aprelin 29-da Xəzər dənizinin Manqistau vilayətinin Tupkaraqan rayonundakı sahilində onlarla suiti cəsədi aşkar edilib.
Publika.az xəbər verir ki, polis şöbəsi nəsli kəsilməkdə olan heyvanların tələf olmasını qeydə alıb, müfəttişliyin, Hidrobiologiya və Ekologiya İnstitutunun nümayəndələri hadisə yerinə gediblər.
"Ötən müddət ərzində rayonun sularında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb”, - deyə Balıqçılıq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Heyvanların ölüm səbəbini müəyyən etmək mümkün olmayıb, çünki onlar çürümənin inkişaf etmiş mərhələsindədirlər ki, bu da sonrakı laboratoriya tədqiqatları, o cümlədən toksikoloji və patoloji analizlər üçün yüksək keyfiyyətli nümunə götürməyi qeyri-mümkün edir.
Suitilərin təxminən iki-üç həftə əvvəl öldüyü güman edilir.
Əvvəllər suitilərin kütləvi tələfatı 2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizi sahilində qeydə alınıb, o zaman Jayk-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyinin mütəxəssisləri Manqistau vilayətinin Tüpkaraqan rayonunda 1034 heyvan cəsədi aşkar ediblər.
Hüseyn İbadlı
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı





































