Ekologiya
Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirildi - FOTO
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ağacəkmə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə reallaşdırılan aksiyada Akademiyanın kollektivi iştirak edib.
Ərazinin əvvəlcədən hazırlanması, torpağın becərilməsi və seçilmiş ağac növlərinin uyğun sahələrdə yerləşdirilməsi planlı şəkildə həyata keçirilib. Aksiya çərçivəsində Akademiyanın ərazisində müxtəlif növ ağaclar və mövsümi güllər əkilib. Əkilən ağaclar və güllər ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.
Yaşıllaşdırma işlərinin gələcəkdə də planlı şəkildə aparılacağı və ərazidə mütəmadi olaraq abadlıq tədbirlərinin görüləcəyi nəzərdə tutulub.
-
Hadisə21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA












.jpg)















.jpg)





.jpg)




