Ekologiya
"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirildi - FOTOLAR
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Tədbirin məqsədi təbiət və cəmiyyət arasında harmoniyanı gender bərabərliyi prizmasından dəyərləndirmək, sosial ədalət və ekoloji məsuliyyət anlayışları üzrə ictimai maarifləndirməni artırmaq, təbiətin mühafizəsi və gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş cəmiyyət modelinin formalaşmasına töhfə vermək olub.
Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klasslar təşkil olunub. Eyni zamanda, açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər

















.jpg)















.jpg)




