"Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir"
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir"

"Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir"

Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə baş tutan və regiona təsir edən layihələr var.

Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

O deyib ki, bunlardan bəziləri artıq onilliklərdir ki, fəaliyyət göstərir.

"Bu xüsusda Azərbaycandan Gürcüstana yeni təbii qaz təchizatı ilə bağlı müqaviləni, elektrik enerjisinin Gürcüstan üzərindən tranzitini qeyd etmək istərdim".

Nazir daha sonra vurğulayıb ki, üçtərəfli formatda da Azərbaycan və Gürcüstan arasında fəal əməkdaşlıq var və Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir.

"Davamlı üçtərəfli görüşlər keçirilir və yaxın gələcəkdə bu xüsusda görüş Gürcüstanda keçiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm