Ekologiya
Sankt-Peterburqda Xəzər dənizinin səviyyəsi müzakirə olundu
21–23 may 2025-ci il tarixlərində Sankt-Peterburq şəhərində Azərbaycan–Rusiya İşçi Qrupunun Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə dair ilk iclası, eləcə də XI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində mühüm görüş və müzakirələr keçirilib.
Publika.az xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti hər iki tədbirdə iştirak edib.
21 may tarixində keçirilmiş İşçi Qrupun iclası 2024-cü ilin dekabrında Bakıda keçirilən nazirlərin görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq təşkil olunub. İclasda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər.
22–23 may tarixlərində nümayəndə heyəti XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib. Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər

















.jpg)















.jpg)




