Ekologiya
Altıağacdakı ayılar ölkədən köçürülüb? - Rəsmi açıqlama
Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. Hazırda onların reabilitasiya prosesi davam edir.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Onun sözlərinə görə, bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək, orada xüsusi qayğı və nəzarət altında saxlanılır.
“Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır”, - deyə Xidmət rəsmisi söyləyib.
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin




































